Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-16/2025 06.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsi, ev 4, mənzil 17-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsi, ev 4, mənzil 17-də qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 06 yanvar 2025-ci il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Ağdam rayon Təzəkənd kəndində yerləşən nəzarət buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X3 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs oğlu 03 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Ağdam rayon Təzəkənd kəndində yerləşən nəzarət buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, Şəxs oğlunu inzibati inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis nəfəri X2 ifadəsində göstərdi ki, 03 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Ağdam rayon Təzəkənd kəndində yerləşən nəzarət buraxılış məntəqəsində Ağdam RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X4 ilə birlikdə xidmət aparan zaman bir nəfər vətəndaş posta yaxınlaşdı. Həmin şəxsdən müfaviq sənədləri tələb etdikdə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək bizimlə mübahisə etməyə başladı. Biz vətəndaşa ictimai qaydanı pozmamağı bildirsəkdə, o bizim qanuni tələblərimizə məhəl qoymayaraq ictimaiyyət arasında nalayiq təhqiramiz ifadələr işlətməyə davam etdi. Şəxs oğlu bizim qanuni tələblərimizə tabe olmadığı üçün tərəfimizdən RPŞ-yə dəvət edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis nəfəri X4 ifadəsində göstərdi ki, 03 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Ağdam rayon Təzəkənd kəndində yerləşən nəzarət buraxılış məntəqəsində Ağdam RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X2 ilə birlikdə xidmət aparan zaman bir nəfər vətəndaş posta yaxınlaşdı. Həmin şəxsdən müfaviq sənədləri tələb etdikdə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək bizimlə mübahisə etməyə başladı. Biz vətəndaşa ictimai qaydanı pozmamağı bildirsəkdə, o bizim qanuni tələblərimizə məhəl qoymayaraq ictimaiyyət arasında nalayiq təhqiramiz ifadələr işlətməyə davam etdi. Şəxs oğlu bizim qanuni tələblərimizə tabe olmadığı üçün tərəfimizdən RPŞ-yə dəvət edildi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 03 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 yanvar 2025-ci il saat 22:00-dan 04 yanvar 2025-ci il saat 10:00-dək inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Şəxs 03 yanvar 2025-ci il saat 22:00-dan 04 yanvar 2025-ci il saat 10:00-dək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, üzərinə qəti olaraq 08 (səkkiz) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-16/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-16/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver