Məhkəmə qərarları › İş №3(013)-172/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-172/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-172/2025 13.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olan, Ağdam rayonu İkinci Baharlı qəsəbəsi ev 620-də yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26370833 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.İ.Zeynalov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 15:34:09-də etibarnamə əsasında istifadəsində olan qardaşı X2 məxsus VAZ 21060 MİNİK markalı ** KL *** dövlət qeydiyyat nömrəli avtomobillə Ağdam rayonu Quzanlı qəsbəsi ərazisində yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısında olarkən telefonuna 80 manat cərimə olunması barədə qərar gəlmişdir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025ci il tarixli EQ 26370833 nömrəli inzibati tənbeh vermə haqqında qərarla (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə görə 80 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 26370833 qərarını əsassız hesab edir. Belə ki, həmin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və ya durmamışdır. Yolda motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri üçün nəzərdə tutulan işarəsi olmamış, ərazidə heç bir qayda pozmamış və həmin yol köməkçi yoldur. X5 Nairliyinin VEB Portal Xidməti tərəfindən qeydə alınmış və bunun əsasında onun barəsində xx.xx.2025-ci il tarixli EQ 26370833 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək «yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına» görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Yolda dayanmayaraq nəqliyyat vasitəsi ilə hərəkəti davam etmişdir. Əgər hər hansı yol hərəkti qaydasını pozmuşsa bu qanunla müəyyən edilmiş qaydada sübut olunmalı, yəni pozuntunu qeydə alan görüntülərin təqdim edilməli olduğunu qeyd etməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26370833 saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən A.İ.Zeynalov şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, A.İ.Zeynalovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26370833 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət və səksən manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən icra edilmiş fotoşəkildən və videogörüntüdən görünür ki, VAZ 21060 MİNİK markalı ** KL *** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:34-də yolun hərəkət hissəsində dayanmışdır. Sözügedən avtomobili etibarnamə əsasında A.İ.Zeynalov idarə edir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, A.İ.Zeynalov düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə səksən manat məbləğində cərimə edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26370833 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26370833 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar