Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-175/2025 05.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Ağdam rayonunun Şelli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Qurdlar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Xındırıstan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 02 mart 2025-ci ildə saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndində VAZ 2107 markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili arxa işıqları yanmadığı halda idarə etdiyi üçün Ağdam Rayon Polis X2 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxladılaraq ondan sənəd istənildikdə polis əməkdaşları ilə mübahisə edərək sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, onun «C» kateqoriyalı sürücülük vəsiqəsi var, «VAZ 2107» markalı avtomobili idarə etmək üçün «B» kateqiriyası yoxdur. 02 mart 2025-ci ildə saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndində VAZ 2107 markalı ** GZ *** nömrəli avtomobili idarə edərkən arxa işıqlar yanmadığı üçün polis əməkdaşları onun saxladıb sənəd istəmiş, o isə polis əməkdaşları ilə mübahisə etmişdir. 61 yaşında olduğunu, ilk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 göstəmişdir ki, Şəxs 02 mart 2025-ci ildə saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndində VAZ 2107 markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili arxa işıqları yanmadığı halda idarə etmiş və bu səbəbdən Elxanı saxlayaraq ondan sənəd istəmişlər. Elxan sənəd verməyərək polis əməkdaşları ilə mübahisə etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 19:50-də inzibati qaydada tutulmuş və xx.xx.2025ci ildə saat 11:20-də azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-175/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-175/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver