Məhkəmə qərarları › İş №3(013)-177/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-177/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-177/2024 12.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunun Çullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Çullu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 21 yanvar 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Çullu kəndində Zərərçəkmiş şəxs və S.Ş.İsmayılovanı döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək izahat verib göstərmişdir ki, 21 yanvar 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Çullu kəndində Zərərçəkmiş şəxs və sonuncunun arvadı Səadət İsmayılovanı döymüşdür. Mübahisə ailə zəminində baş vermişdir. Həmin vaxt Saleh onu və anası Bahar Quliyevanı döymüşdür. Hazırda zərər çəkmiş şəxslə barışdığını qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 21 yanvar 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Çullu kəndində Şəxs onu və arvadı Səadəti döymüşdür. Hazırda Əli ilə barışdığını qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən S.Ş.İsmayılova göstərmişdir ki, 21 yanvar 2024-cü ildə saat 10 radələrində Ağdam rayonunun Çullu kəndində Şəxs onu və əri Zərərçəkmiş şəxs döymüşdür. Hazırda Əli ilə barışdığını qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X2 təhqiqatçısının qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar, zərər çəkmiş şəxslərin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar