Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-177/2025 06.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Ağdam rayon prokurorunun böyük köməkçisi X1 iştirakı ilə, xx.xx.2008-ci ildə Bərdə rayonunun Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonunun Əmirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 342.9-cu maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə saat 15 radələrində müvafiq icazə olmadan quraşdırılmış xüsusi (çoxavazlı) səs siqnalını istifadə edib «VAZ-21214» markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Ağdam rayonunun Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində idarə edərkən manevr etmə qaydalarını pozaraq qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi səslərini çıxararaq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, sürücülük vəsiqəsi almamışdır. «VAZ-21214» markalı ** DS *** nömrəli avtomobil onun atasına məxsusdur və atası həmin maşını sürmək üçün ona etibarnamə verməmişdir. Sözügedən avtomobilə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı quraşdırmışdır. xx.xx.2025-ci ildə saat 15 radələrində həmin avtomobili Ağdam rayonunun Quzanlı qəsəbəsinə gələrək ehtiyatsızlıqdan qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi səslərini çıxarmışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid Ağdam Rayon X4 X6 yol patrul xidməti inspektoru X3 göstərmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 15 radələrində müvafiq icazə olmadan quraşdırılmış xüsusi (çoxavazlı) səs siqnalını istifadə edib «VAZ-21214» markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Ağdam rayonunun Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində idarə edərkən manevr etmə qaydalarını pozaraq qəflətən surətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi səslərini çıxarmışdır. Röyal həmin hərəkətlərlə ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi V.H.Məmmədov qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 342.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və inzibati xətanı yetkinlik yaşına çatmadığı vaxt törətməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İşə baxılarkən məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Belə olan halda «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır. Həmin maddəyə uyğun olaraq, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, verilmiş xüsusi hüquq müddəası maddənin dispozisiya şərti kimi çıxış edərək, xüsusi hüququn verilmədiyi halda onun məhdudlaşdırılmasını da istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 342.9cu maddələri ilə təqsirli bilinib, 511.1.3-cü maddəyə əsasən inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə beş yüz manat məbləğdə inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-177/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-177/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver