Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-190/2024 15.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildə saat 01 radələrində müvafiq icazəsi olmadan Ağdam rayonu Ergi düzü ərazisindən polis postundan kənar həmin rayonun işğaldan azad edilmiş Mərzili kəndinə getmiş, polis əməkdaşları ondan geri qayıtmağı tələb etmələrinə baxmayaraq, polis əməkdaşları ilə mübahisə etməklə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 01 radələrində dostunun idarə etdiyi avtomobillə Ergi ərazisindən polis postundan kənar Mərzili kəndinə getmiş, orada onları polis əməkdaşları saxladıb geri qayıtmalarını tələb etmişlər. Həmin vaxt geri qayıtmaq istəmədiyini polis əməkdaşına demişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri X2 göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 01 radələrində xidmətdə olduğu vaxt Şəxs qeyrisinin idarə etdiyi avtomobillə polis postundan kənar Ağdam rayonunun Ergi ərazisindən işğaldan azad edilmiş Mərzili kəndinə getmişdir. Şəxs geri qayıtmasını tələb etmiş, lakin sonuncu tələbə əməl etməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 01 radələrində müvafiq icazəsi olmadan Ağdam rayonu Ergi düzü ərazisindən polis postundan həmin rayonun işğaldan azad edilmiş Mərzili kəndinə getmiş, polis əməkdaşları ondan geri qayıtmağı tələb etmələrinə baxmayaraq, polis əməkdaşları ilə mübahisə etməklə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-134/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilmişdir. Şəxs eyni xətanı bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Şəxs tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 07:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, iyirmi gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 mart 2024-cü il saat 07:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-190/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-190/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver