Məhkəmə qərarları › İş №3(013)-193/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-193/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-193/2025 17.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1 məhkəməyə teleqram daxil olmuş və teleqramda qeyd olunan şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən şikayətin baxılmadan qaytarılması barədə ərizə verildiyindən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət baxılmadan X3 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar