Məhkəmə qərarları › İş №3(013)-198/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-198/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-198/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh verilməsi haqqında qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarla X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7, 327.2 və 342.2.2-ci maddələri ilə cərimə edilmişdir. X2 xx.xx.2025-ci ildə məhkəməyə şikayət ünvanlayaraq Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs N.B.Qurbanov məhkəməyə ərizə təqdim edərək şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan səbəbdən şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 129-130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar