Məhkəmə qərarları › İş №3(013)-20/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-20/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-20/2024 19.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, xx xxxxxxxx 1998-cu il tarixdə Agdam rayonu, Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Agdam rayonu, Ortaqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 19 yanvar 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Agdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Vaz 21061 MİNİK markalı, 09BV113 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozulmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.4cü maddələri ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək 60 (altmış) manat məbləğində cərimə olunması barədə qərar çıxarılmışdır. Şəxs İXM-nin 125.2.3-cü maddəsinə müvafiq olaraq məlumatlandırılmasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və Agdam Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında Agdam Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakını təmin etməməsi və Şəxs isə məhkəməyə gəlməməsi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXMnin 61.3 və 64.3-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və Agdam Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Agdam Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 117ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx xxxxxxxx 1998-cu il tarixdə Agdam rayonu, Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Agdam rayonu, Ortaqışlaq kəndində qeydiyyatda olan və Agdam rayonu, Orta Qərvənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar