Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-200/2024 29.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs barəsində tərtib olunmuş inzibati protokolu nəzərdən keçirib məhkəmə, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə İXP ******* nömrəli 09 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 19 mart 2024-cü il tarixli 68/2-11807/24 saylı Azərbaycan Respublikası DİN Bərdə rayon Polis Şöbəsinin məktubu ilə məhkəməyə göndərilmişdir. Həmin protokolun məzmununa görə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 43.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Tərtib edilmiş protokolda Şəxs Ağdam rayonu, N saylı hərbi hissədə yaşadığı və ya qeydiyyatda olduğu göstərilmişdir. Lakin Şəxs hərbi qulluqçu və ya toplanışa çağırılmış hərbi vəzifəli olması müəyyən edilməmişdir. Həmçnin, Şəxs şəxsiyyətini təsdiq edən sənədlər inzibati materialla əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati protokol Bərdə rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində tərtib olunmuş inzibati materialın məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bərdə rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-200/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-200/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver