Məhkəmə qərarları › İş №3(013)-201/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-201/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-201/2024 29.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Agdam rayonu, Mərzili kəndində qeydiyyatda olan və Ağdam rayonu, Baharlı qəsəbəsi, ev 775-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 29 mart 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 511.1.3-cü maddəsi ilə İXP ******* saylı 19 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 29 mart 2024cü il tarixli 3-xx-xx/27056/2024 saylı Ağdam rayon Polis Şöbəsinin məktubu ilə məhkəməyə göndərilmişdir. Qeyd edilən protokol məhkəməyə 29 mart 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati protokolu tərtib etmiş Ağdam RPŞ-nın DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X2 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 18 fevral 2024-cü il tarixdə Agdam rayonu, Əhmədagalı kəndində ərazisində sərxoş vəziyyətdə idarə etdiyi "Daewoo Gentra minik" markalı 02BU101 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş, lakin Şəxs avtomobili saxlamayaraq və avtomobilə avtoxuliqanlıq hərəkətləri edərək qaçmağa cəhd göstərmiş, sonra isə avtomobili qoyaraq qaçmışdır. Bundan sonra Şəxs tutulmuş polis əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmədiyini, onun avtoxuliqanlıq hərəkləri etmədiyini, belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Ağdam rayon Əhmədağalı kəndi ərazisində tanışım Ceyhunun toy məclisindən içki qəbul edib etibarnamə ilə idarə etdiyi "Daewoo Gentra minik" markalı 02BU101 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığı Ağdam rayon Baharlı qəsəbəsinə gedərkən yolda onu YPX əməkdaşları saxla işarəsi verdi və o, isə isə avtomobili saxlamış. Polis əməkdaşları ona yaxınlaşan zaman nəfəsimdən kəskin spirtli içki qoxusu gəldiyi üçün onu həkim müayinəsindən keçməyim üçün idarə etdiyim avtomobil ilə Ağdam RPŞ-yə dəvət etdilər. O, isə isə ora getməkdən imtina edib idarə etdiyi "Daewoo Gentra minik" markalı 02BU101 dövlət qeydiyyat nişanlı avtomobili sürüb qaçmışdır və polis əməkdaşları onu təqib edərək saxlatmışlar və idarə etdiyim "Daewoo Gentra minik" markalı 02BU101 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Ağdam RPŞ-yə gətirmişdilər. Həmin hadisəyə görə Ağdam rayon məhkəməsinin 3(013)-115/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edildiyini və cəzasının çəkib qutardığını bildirdi və onun barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İXP № ******* nömrəli 19 fevral 2024-cü il il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 fevral 2024-cü il tarixdə idarə etdiyi DAEWOO Sentra markalı 02BU101 dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İXM-nin 511.1.3-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməşdir. İş materiallarında olan Ağdam rayon məhkəməsinin 3(013)-115/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının sürətindən görünür ki, Şəxs 18 fevral 2024-cü il tarixdə Agdam rayonu, Əhmədagalı kəndində ərazisində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə tərtib olunmuş protokolun qanuni əsasının, yəni Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə şərtləndirilmişdir. İşin faktiki halarından məhkəməyə məlum olur ki, Şəxs 18 fevral 2024-cü il tarixdə idarə etdiyi avtomobilə Ağdam RPŞ-nın DYPB-nin YPX-nin yol patrul xidməti əməkdaşlarının saxla işarəsinə sərxoş olduğu üçün məhəl qoymayaraq qaçmağa cəhd göstərmiş və bu hərəkətləri ilə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Ağdam rayon məhkəməsinin 3(013)-115/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təqsirli şəkildə yol vermiş olması və ümumiyyətlə belə hərəkətlərin olması tərəflərin izahatları və iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində İXP № ******* nömrəli 19 fevral 2024-cü il il tarixli inzibati protokola və onun əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə İXP № ******* nömrəli 19 fevral 2024-cü il il tarixli inzibati protokola və onun əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar