Məhkəmə qərarları › İş №3(013)-206/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-206/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-206/2024 09.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Barəsində X6 iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19926584 nömrəli X6 elektron qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19926584 nömrəli X6 qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X6 iş üzrə icraat aparılan şəxs X5 izahatında şikayətini müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN BDYPİ-nin polis polkovnik-leytinantı Elçin Xasiyev tərəfindən barəsində EQ 19926584 nömrəli protokol əsasında X6 Elektron Qərar tərtib edilmişdir. Elektron Qərarda göstərilir ki, o, CHANGAN minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona görə də onu 300 manat cərimə edilmişdir. Həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, həmin avtomobili göstərilən vaxt onun dostu X4 idarə edirdi, o isə onun yanında oturmuşdur. Onun heç bir təqsiri yoxdur. Ona görə də şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə CHANGAN minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir di, X5 isə onun yanında oturmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, EQ 19926584 nömrəli X6 protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Bakı Quba yolunun 8.7-ci km-də X5 CHANGAN minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, barəsində X6 iş üzrə icraat aparılan şəxs X5 məhkəməyə verdiyi şikayətində göstərmişdir ki, CHANGAN minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə onun xalası oğlu X3 idarə edirdi, o isə onun yanında oturmuşdur. Məhkəməyə verdiyi izahatında isə Z.Hüseynov göstərdi ki, həmin avtomobili göstərilən vaxt onun dostu X4 idarə edirdi, o isə onun yanında oturmuşdur. Məhkəmə, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsinə tənqidi yanaşaraq onun barəsində X6 iş üzrə icraat aparılan şəxs X5 ilə yaxın münasibətdə olmaları baxımından onun xeyrinə ifadə verməsini istisna etmir. Həmçinin, iş materiallarında olan X10 tərəfindən çəkilmiş şəklişdən də CHANGAN minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xəta törədilərkən başqa şəxs tərəfindən idarə edilməsi görünmür. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X6 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X6 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli X6 qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19926584 nömrəli X6 qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli X6 qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar