Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-21/2025 09.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X1 və müdafiəçi X4 iştirakı ilə, xx xxxxxxx 2008-ci ildə İmişli rayuonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri Qara Qarayev küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 535.1ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş ərazisi olan Kəngərli kəndinə icazəsiz və qanunsuz daxil olması müəyyən olunmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X12 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş ərazisi olan Kəngərli kəndinə icazəsiz və qanunsuz daxil olmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında atası X2 Ağdam rayonunu işğaldan azad olumuş Kəngərli kəndində yerləşən Upsilon şirkətində işlədiyini, xx.xx.2025-ci ildə atası ilə birlikdə həmin şirkətə getdiyini və orada qadığını, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində şirkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq icazəsi olub olmamasını yoxlayan zaman əraziyə icazəsiz və qanunsuz daxil olduğunun müəyyən olduğunu, bundan sonra polis əməkdaşlarının onu şöbəyə dəvət etdiklərini, hazırda əməlindən peşmançılıq cəkdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən qanuni nümayəndəsi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını və onun 18 yaşına çatmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis baş serjantı X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində polis əməkdaşı X10 ilə birlikdə Ağdam rayonun Kəngərli kəndində xidmətdə olan zaman Şəxs işğaldan azad olunmuş əraziyə qanunsuz daxil olduğu, yəni müvafiq icazəsinin olmadığını müəyyən etdiklərini, Şəxs polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərənə məhəl qoymayaraq onlarla uca səslə kobud danışdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis baş serjantı X7 izahatında şahid X9 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahidin ifadəsi və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1 - 32.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi, inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi hesab edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını, Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48- 51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiya çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-21/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-21/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver