Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-226/2024 19.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında elektron qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə işə Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPBnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X3 ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o məxsus olan VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bərdə şəhər H.Əliyev prospekti istiqamətində idarə etdiyim zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq TP6283394 sayhı protokol tərtib olunmuşdur. Belə ki, protokola əsasən onun əks istiqamtli hərəkət zolağını ötmə və stop işarəsini gözləmədən avtomobili idarə etmə qaydalarını pozduğumu qeyd edirlər. Protokola əsasən isə ona 80 manat cərimə yazılmışdır. Halbuki ona qanunsuz olaraq cərimə yazılmışdır. Hazırda mənə yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O heç bir qanun pozuntusa yol verərək heç bir zolağı tapdalamamış. Yol polis idarəsinin əməkdaşlarından video görüntünü təqdim etdiyi zaman video görüntünün olmadığını və ona verə bilməyəcəklərini bildirirlər. O stop işarəsinə riayət etdiyim halda yuxarıda olan kamera mənim qarşıdan gələn avtomobili gözləməməyini və piyada nişanının kənarında stop etməyim kimi görüntü çəkibdir. Ona cərimə yazılan zaman polis əməkdaşlarından zolağı tapdalamağı barədə hər hansı bir video görüntü təqdim etməsini tələb etsədə lakin, heç bir qayda pozuntusu və video görüntü olmadığı üçün təqdim etməkdən imtina edirlər. Həmçinin İXM-nin 322.0.02-ci maddəsinə əsaəsn onun taksimetr istifadə etmədən taksilik fəaliyyəti ilə məşğul olduğumu qeyd edirlər. Bərdə rayonunda heç bir şəxs taksimetrlə fəaliyyət göstərmədiyi halda nə üçün ona belə bir maddə qeyd edərək cərimə yazmaları qanunsuzluqdur. O, qanunsuzluq etməmiş və İXM-nin müvafiq maddələrini pozmamışdır. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X1 2106 minik markalı, 02BD943 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXMnin 327.1-ci, 322.0.2-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 80 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsinə əsasən, “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə- əlli manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsasız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Bərdə RPŞ-nın DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-226/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-226/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver