Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-23/2024 08.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Dadaşlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 07 yanvar 2024-cü ildə saat 16 radələrində sərxoş vəziyyətdə Ağdam rayonunun Üçoğlan kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 07 yanvar 2023-cü ildə günorta vaxtı qardaşı Racu, dostları Şəhliyar Əliyev və Əkbər Paşazadə ilə birlikdə Ağdam rayonunun Xındırıstan kəndində yeməkxanada oturub araq içmişlər. Yeməkxanadan çıxdıqdan sonra saat 16 radələrində Üçoğlan kəndində sərxoş olduqları üçün hər dördü zarafat edərək birbirlərinin ünvanına ucadan nalayiq ifadələr işlətmişlər. Həmin vaxt polis əməkdaşları gələrək onlardan sakitliyə riayət etmələrini tələb etmiş, onlar isə polisin tələbinə tabe olmamışlar. Bu səbəbdən polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, o, getmək istəmədiyi üçün başını polisin avtomobilinə vurmuşdur. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün tağım komandiri X5 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 07 yanvar 2024-cü ildə saat 16 radələrində Şəhriyar Abdullayev və digər polis əməkdaşları ilə Ağdam rayonunun Üçoğlan kəndində xidmətdə olduğu vaxt Racu Sadıqov, Şəxs Şəhliyar Əliyev və Əkbər Paşazadənin sərxoş halda biri-birləri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiyini görüb həmin şəxslərə yaxınlaşıb intizama dəvət etmiş, lakin onlar polis əməkdaşları ilə mübahisə edərək öz hərəkətlərini davam etmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini görüb dərək ictimai-qaydanı pozmuşlar. Şəxs intizama dəvət etmiş, lakin o qanuni tələbə tabe olmayaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsini davam etmiş, onu polis şöbəsinə dəvət etdikdə isə getməyəcəyini bildirərək başını polisin avtomobilinə vurmuşdur. Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib X3 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdikləri izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2024-cü il tarixli 27 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 07 yanvar 2024-cü il saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-23/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-23/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver