Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-233/2024 24.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, 14 dekabr 1991-ci il tarixdə Ağdam rayonu, Maqsudlu kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan Mingəçevir şəhəri, Baharlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddələri ilə Bakı şəhər Qaradag Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Qaradag Rayon Polis İdarəsindən Şəxsnın Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddələri ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixli, TP ******* seriyalı, inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1 maddələrinə əsasən 40 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bakı şəhər Qaradag Rayon Polis İdarəsinin nümayəndəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs 24 aprel 2024 2024-cü il tarixdə məhkəməyə vəsatət göndərərək inzibati xəta haqqında protokol üzrə yaranmış cəriməni və dəbbə pulunu ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrinə əsasən 40 manat məbləğində inzibati cərimə və 20.8 manat dəbbə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Bakı Şəhər Qaradag Rayon DYPŞ-nin X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə olan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, hökümət ödəniş portalından görünür ki, Şəxs 40 manat cərimə və 24 manat dəbbə olmaqla cəmi 64 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddələrinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törədərək 20 manat miqdarında cərimə olunmuş, lakin təyin olunmuş vaxtda cəriməni ödəmədiyindən barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar tərtib edilmişdir, cəriməni və dəbbə pulunu ödəmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş müvafiq cəriməni və dəbbəni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMnin 40, 53,105, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş müvafiq cəriməni və dəbbəni ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-233/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-233/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver