Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-234/2024 30.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, xx xxxxxx 1965-ci il tarixdə Agdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, T.İsmayılov küçəsi, ev 65-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Tusi adına Pedaqoji Universitetin 1 saylı yataqxanasında məskunlaşıb yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsinin nümayəndəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddəsinə əsasən 100 manat manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə olan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Şəxs EQ ******* nömrəli protokol vəxx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar üzrə ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədərək 20 manat miqdarında cərimə olunmuş, lakin təyin olunmuş vaxtda cəriməni ödəmədiyindən barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar tərtib edilmişdir, cəriməni və dəbbə pulunu ödəmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarda nəzərdə tutulmuş müvafiq cəriməni və hesablanmış cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMnin 40, 53,105, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar üzrə nəzərdə tutulmuş müvafiq cəriməni və dəbbəni ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-234/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-234/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver