Məhkəmə qərarları › İş №3(013)-243/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-243/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-243/2025 16.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdam Dövlət Sosial-X13 Hüquqi Şəxsin direktoru işləyən, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı-1 qəsəbəsi ev 317-də yaşayan X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə N.Q.Rüstəmli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. N.Q.Rüstəmli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci ildə məhkəməyə şikayət edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı qərara əsasən o, Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin tədris işləri üzrə direktor müavini X7 ilə əmək müqaviləsinə xitam verilərkən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs kimi 700 manat cərimə edlmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/3- 1-240R/2024 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hisəssinin «b» bəndinə əsasən X7 xx.xx.2024-cü il tarixdən Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin sabiq tədris işlər üzrə direktor müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kollecin rəhbər şəxslərinin (direktor və direktor müavinlərinin) işə qəbul edilməsi və işinə xitam verilməsi Ağdam Dövlət Sosial-X15 Hüquqi Şəxs tərəfindən deyil, tabe olduğu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. X7 ona agentlik tərəfindən xasiyyətnamə verilməməsi ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinə müraciət etmiş və xasiyyətnaməni aldıqdan sonra həmin şöbəyə yazılı müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə xitam verilərkən onun, yəni Neymət Rüstəmlinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəinin tələbinə əməl etməməsinə görə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib etmişdir. X7 onu əmək müqaviləsinə xitam verən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xasiyyətnamə tələb etmiş və şikayətdə son haqq-hesabın gec ödənilməsi ilə bağlı müraciət olmamışdır. X12 Ağdam Dövlət Sosial-X15 Hüquqi Şəxsin mühasibliyinə ərizə ilə müraciət edərək, son haqq-hesabın xx.xx.2024-cü il tarixdən sonra ödənilməsini xahiş etmişdir. Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsi dövlət büdcəsindən maliyyələşdiyi üçün əmək haqqı və digər ödənişlərin maliyyələşməsi ayda bir dəfə üst qurum tərəfindən ayın 3-cü ongünlüyündə həyata keçirilir. X3 haqq-hesabın gec ödənilməsi ilə bağlı şikayəti olmamış, əks təqdirdə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən (əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir) Məhəmməd Aslanova əlavə ödəniş edilməi idi. Qeyd edilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ Regional Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat N.Q.Rüstəmli şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsinə nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, N.Q.Rüstəmli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolunun surətindən görünür ki, N.Q.Rüstəmlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/3-1-240R/2024 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hisəssinin «b» bəndinə əsasən X7 xx.xx.2024-cü il tarixdən Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hüquq və insan resursları sektoru və Ağdam Dövlət Sosial- İqtiadi Kollecinə bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır. X4 Ağdam Dövlət Sosial-X15 Hüquqi Şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, noyabr ayınn əmək haqqını yeni aldığını qeyd edərək son haqqhesabın dekabr ayının sonuna, yəni bayrama yaxın vaxtda verilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, N.Q.Rüstəmliun şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, vəzifəli şəxs - Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin direktoru N.Q.Rüstəmli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmiş ondan ötrü ki, Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin tədris işləri üzrə direktor müavini X7 ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət və vəzifəli şəxslər üçün yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutmuşdur. İşə baxılakən məlum olmuşdur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ilə Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin tədris işləri üzrə direktor müavini X7 arasında əmək münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/3-1-240R/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hisəssinin «b» bəndinə əsasən X7 xx.xx.2024cü il tarixdən Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda dövlətt büdcəsindən maliyyələşən Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin işdən azad edilmiş X1 haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödəmək imkanı olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, əmək münasibətləri X7 ilə Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsi arasında deyil, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında yaranmış və işçi ilə əmək müqaviləsinə agentliyin əmri ilə xitam verilmişdir. N.Q.Rüstəmli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 297-ci maddəsində göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 294-cü maddəsinin 5-ci bəndində göstərilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 312-ci maddəsində göstərilmişdir ki, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bütün bunlarla yanaşı qeyd etmək zəruridir ki, X7 xx.xx.2024-cü il tarixdə Ağdam Dövlət Sosial-X15 Hüquqi Şəxsinə müraciət edərək son haqq-hesabın dekabr ayının sonuna, yəni bayrama yaxın vaxtda verilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhəmməd Aslanovun son haqq-hesabın tələbi ilə bağlı şikayətinin olmasını təsdiq etmək üçün iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Ağdam Dövlət Sosial-X11 Hüquqi Şəxsin direktoru N.Q.Rüstəmlinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslar olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsində göstərilmişdir ki, məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 verdiyi şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar