Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-246/2025 01.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş Leyli, xx.xx.2014-cü ildə anadan olmuş Arzu, xx.xx.2017-ci ildə anadan olmuş Namiq və xx.xx.2011-ci ildə anadan olmuş Yağmur adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 640 (altı yüz qırx) manat aliment tutularaq X2 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2309/2024 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, əvvəllər hərbçi olmuş və 44 X3 iştirak etmişdir. Ordudan təxris olunandan sonra alimenti ödəyə bilməmişdir. İşləyib alimenti ödəyəcəyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən A.R.Poladova aliment ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2309/2024 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Afaq Poladovanın xeyrinə aliment tutulmalıdır. Hazırki vaxta qədər Fuadın 4480 manat aliment borcu qalmışdır. Qətnamə icra edilmədiyindən tələbkar dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadənin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, beş yüz manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-246/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-246/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver