Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-248/2025 04.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə Murat Kodan tərəfindən verilmiş şikayət üzrə inzibati materialı nəzərdən keçirib məhkəmə, m ü ə y y ə n e t d i: Murat Kodan şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş şikayət üzrə inzibati materialı nəzərdən keçirərək hesab edir ki, şikayətə baxılmadan şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarında olan MYİ serialı № ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvvəqəti yaşamaq üçün icazə vəsiqəsinin sürətindən görünür ki, Murat Kodan ünvan 1 ünvanda yaşayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə baxılmadan şikayətçi Murat Kodana qaytarılmalıdır. Həmçinin, Murat Kodana izah edilmələdir ki, şikayətçi ümumi qaydada şikayət ilə onun yaşayış yeri üzrə aidiyyəti məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Həmin şikayət və ona əlavə edilmiş sənədlər şikayətçi Murat Kodana qaytarılsın. Murat Kodana izah edilsin ki, şikayətçi ümumi qaydada şikayət ilə onun yaşayış yeri üzrə aidiyyəti məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-248/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-248/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver