Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-250/2025 14.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Papravənd kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı qəsəbəsi ev 227-də yaşayan X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Y.B.Balakişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Y.B.Balakişiyev məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında göstərmişdir ki, Ağdam rayonu Birinci Baharlı qəsəbəsi, ev 227-də yerləşən "xxxx" MMC-nin direktorudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şahar idarəsinin rəisi X11 ona rəsmi məktub ve 07 yanvar 2024-cü il tarixli MN N№ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar göndərmişdir. Həmin qərara əsasən X4 «MƏN X1 xx.xx.2023-cü il tarixden xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Əmek Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerine yetirilmesinə calb edilməsi əsası ilə Azerbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirti bilinərək 4000 (dörd min) manat cərimə olunmudur. Barəsində tərtib edilmiş qərar qanunsuz ve əsassız olmaqla qərəzlidir. Belə ki, 2022-2023-cü illərdə "xxxx" MMC arvadı X6 maxsus olmaqla etibarnamə əsasında onun tərəfinden idarə olunan "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hamin müqavilənin predmeti 300000 manat dəyərində olub sifarişçi "xxxx" MMC tərəfindən təqdim edilmiş layihə üzərində nəzərdə tutulan Bakı şəhəri Nizami Gəncəvi adına istirahət parkında işıq, rabitə və anons işlərini yerinə yetirərək sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən həmin mallar ve işler qəbul edilərək dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada icraçı "xxxx" MMC-nə ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil etmişdir. Ümüdəli Abbasov həmin parkda gözətçilik etmiş, lakin "xxxx" MMC-nin tapşıığı ilə bağlı deyil, həmin parkda işləri görməsini üzərinə götürmüş "xxxx" MMC-nin tapşırığı ilə işləmişdir. Ümüdali ilə əmək müqaviləsi bağlanmamışdır. Ağdam Rayon Məhkəməsinin qərarı ilə də müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş layihə üzrə nəzərdə tutulan Bakı şəhəri Nizami Gəncəvi adına istirahet parkında İşıq, rabitə və anons işlərini yerinə yetirərək sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən həmin mallar və işlər qəbul edilərək dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada icraçı "xxxx" MMC-nə ödənilməsi ilə bağlı razılıq olmuşdur. Göründüyü kimi Bakı şəhəri Nizami Gəncəvi adına istirahet parkında işıq, rabitə və anons işlərinin yerinə yetirilməsi öhdəliyini "xxxx" MMC deyil, "xxxx" MMC üzərinə götürmüşdür. Belə olan halda onun "xxxx" MMC təmsil edərək sözügedən parkda X7 ilə əmək müqaviləsi bağlamaq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən də məhkəmə tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ile olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC və o, heç bir inzibati xəta törətməmişlər. Qeyd olunanları nəzərə alaraq şikayət vermək üçün müddətin bərpa edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarından Y.B.Balakişiyevin şikayət vermək üçün buraxdığı müddət üzrlü olduğundan bərpa edilməli, həmin qərar ləğv edilməli və Y.B.Balakişiyevin əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, Y.B.Balakişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının Y.B.Balakişiyevə verilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd etmək zəruridir ki, məhkəməyə şikayət etmək Y.B.Balakişiyevin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, Y.B.Balakişiyev barəsində tərtib olunmuş qərarda qeyd olunduğu kimi deyil, X5 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Ü.A.Abbasovu işlərin yetirinə yetirilməsinə "xxxx" MMC cəlb etmişdir. Bu hal Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 3(013)-03/2024 saylı qərarı ilə təsdiq olunmuşdur. Belə ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-03/2024 saylı qərarı ilə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş layihə üzrə nəzərdə tutulan Bakı şəhəri Nizami Gəncəvi adına istirahət parkında işıq, rabitə və anons işlərini yerinə yetirərək sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən həmin mallar və işlər qəbul edilərək dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada icraçı "xxxx" MMC-yə ödənilməsi ilə bağlı razılıq olmuşdur. Göründüyü kimi Bakı şəhəri Nizami Gəncəvi adına istirahət parkında işiq, rabitə və anons işlərininin yerinə yetirilməsi öhdəliyini "xxxx" MMC deyil, "xxxx" MMC üzərinə götürmüşdür. Belə olan halda Y.B.Balakişiyevin "xxxx" MMC-ni təmsil edərək sözügedən parkda X8 ilə əmək müqaviləsi bağlamaq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti olmamışdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Sözügedən Qərarda qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikde və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qəran ile müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur ve bu elementlər müvafiq olaraq İctimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, İnzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahede qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır Hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinın yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri ise İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinde sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilmesi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına biler. Bele ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilen vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzbati xətaya görə məsuliyyətə cəlb edilib-ediməməsi məsaləsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xatanın qarşısının alınması imkanlarının olub olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada hayata keçirlib-keçiriməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17. 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2023-cü il tarixli Qəranının məzmunundan belə başa düşülür ki, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, Hüquq caxsin inzibati məsuliyyətinin olmaması onun vəzifəli şəxsin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində inzibati məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə esasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsiri sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əmal (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxan orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qəran ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatlar ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qəran ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 133-134 , 128-130 -cu maddələrinə rəhbər tutub, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli ******* saylı qərarından X2 şikayət vermək üçün buraxılmış müddət bərpa edilsin. X2 verdiyi şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində İnzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-250/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-250/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver