Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-252/2024 08.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Xındırıstan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 6, mənzil 15-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nizami rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)- 515/2024 saylı qərardadı ilə qeyd olunan material üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İXP ******* nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli, TP 16933153 seriyalı, inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bakı şəhər, Nizami Rayon Polis İdarəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16933153 nömrəli inzibati xəta haqqında elektron qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsinə əsasən 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ 16933153 nömrəli inzibati xəta haqqında elektron qərarı üzrə cərimə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi Şəxs Ziyad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədərək 20 manat miqdarında cərimə olunmuş, lakin təyin olunmuş vaxtda cəriməni ödəmədiyindən barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərar tərtib edilmişdir, cəriməni və dəbbə pulunu ödəmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Ziyad oğlu xx.xx.2023-cü il tarixli, EQ 16933153 nömrəli inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş müvafiq cəriməni və dəbbəni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMnin 40, 53,105, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 16933153 nömrəli inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş müvafiq cəriməni və dəbbəni ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-252/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-252/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver