Məhkəmə qərarları › İş №3(013)-255/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-255/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-255/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 08 aprel 2025-ci ildə saat 13 radələrində Ağdam rayonunun Xındırıstan kəndində Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında barəsində olan şikayətlə əlaqədar olaraq çağırıldığı vaxt ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla əlaqədar olaraq onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 2024-cü ildə tanışı X4 6850 manat borc vermişdir. X5 adlı şəhid anasından pul almış və ona 12000 manat sələm verdiyini iddia etmişdir. Səmiyə Hüseynin barəsində polisə şikayət etmiş, Hüseyn isə Səmiyədən aldığı pulu ona verdiyini demişdir. Bununla əlaqədar olaraq 08 aprel 2025-ci ildə polis şöbəsinə çağırılmış, lakin getməkdən imtina etmiş, şöbəyə aparıldıqdan sonra isə orada etirazını bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Bölməsinin polis sahə nəfəri X1 göstərmişdir ki, Şəxs faizlə pul verməklə məşğuldur. Hazırda Rahibin barəsində polis şöbəsində araşdırma aparılır. Rahib Hüseyn adlı şəxsə faizlə pul vermiş, Hüseyn isə Səmiyə adlı şəhid anasının 12000 manat pulunu alaraq Rahibə faiz ödəmişdir. Şəhid anasının Hüseyn və Rahib barəsində etdiyi şikayət əsasında sonuncunu Ağdam Rayon Polis Şöbəsinə dəvət etmiş, lakin Rahib polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis şöbəsinə gətirildikdən sonra Rahib yenidən söyüş söyməsini davam etmişdir. İntizama dəvət olunmasına baxmayaraq, Şəxs tələbə məhəl qoymayıb öz hərəkətlərini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on beş gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 08 aprel 2025-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar