Məhkəmə qərarları › İş №3(013)-28/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-28/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-28/2025 14.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ İş № 3(013)-28/2025 AĞDAM RAYON MƏHKƏMƏSİ QƏRARDAD 14 yanvar 2025-ci il Quzanlı qəsəbəsi Hakim Bayramov Elşad Abdulla oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq MÜƏYYƏNETDİM: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, protokol və digər sənədlər Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə qaytarılmalıdır. Belə ki, İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə görə protokol və digər materiallar səlahiyyətl olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Daxil olmuş materiallar öyrənilərkən müəyən edilmişdir ki, Şəxs barəsində protokol tərtib edilərkən sənədlərin surətləri ona rəsmi qaydada verilməmiş, protokolda onun faktiki yaşadığı ünvan göstərilməmiş və bununla da İXM-nin 100.1.3, 100.1.10 və 125.2.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 125.2.3-cü maddəsində qeyd olunmuşdur ki, 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmçinin qeyd olunmalıdır ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsə də qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qərarın icra edilməsi ilə bağlı vətəndaş məlumatlandırılmamış, polis idarəsinə dəvət edilməmiş, bu barədə iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Materialda Şəxs qeydiyyatda olduğu işğal ərazisi kimi ünvan 1 ünvan qeyd edilməmiş, sənədlər hazırda işğaldan azad edilmiş ünvana göndərilmişdir. Həmçinin polis idarəsinin müşayiət məktubunda qoşmada protokol və digər sənədlərin əlavə edilməsi göstərilsə də, sair sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu, 114-cü maddələrinin tələblərinirəhbər tutaraq məhkəmə adından QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə qaytarılsın. Qərardan 10 gün müddətində şikayət verilə bilər. Hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar