Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-286/2024 14.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, xx xxxxxx 1962-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində anadan olmuş, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olmuş və Ağdam rayon rayonu, Quzanlı qəsəbəsində yaşamış mərhum Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında inzibati materiallar tərtib edilərək baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixli EQ 18423633 nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ağdam Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 868459 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli EQ 18423633 nömrəli protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə olan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.8-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam veriliməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2017-ci il tarixdə öldüyü üçün onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMnin 40, 53, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs xx.xx.2017-ci il tarixdə öldüyü üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-286/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-286/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver