Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-29/2024 19.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, X2 katibliyi ilə, Azərbaycan Respublikası DİN Goranboy Rayon Polis Şəbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayət üzrə inzibati materialı nəzərdən keçirib məhkəmə, m ü ə y y ə n e t d i: X4 şikayəti ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Goranboy Rayon Polis Şəbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv və başlanılmış inzibati xəta haqqında materiallar üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə sistemində X1 rəsmi qeydiyyatda ünvanı ünvan 1ci maddəsinə əsasən, kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 129.1.4-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Goranboy Rayon Polis Şəbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayət X4 qaytarılmalıdır. Həmçinin, X3 izah edilmələdir ki, şikayətçi ümumi qaydada şikayət ilə onun yaşayış yeri üzrə aidiyyəti məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN Goranboy Rayon Polis Şəbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi bərədə şikayət geri qaytarılsın. X3 izah edilsin ki, şikayətçi ümumi qaydada şikayət ilə onun yaşayış yeri üzrə aidiyyəti məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-29/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-29/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver