Məhkəmə qərarları › İş №3(013)-29/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-29/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-29/2025 15.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş Ağdam rayonu, Ağdamkənd sahəsi ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, m üə yyə n etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Binəqədi Rayon Polis İdarəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında protokol tərtib edilərkən sənədlərin surəti ona rəsmi qaydada verilməmiş, protokolda onun faktiki yaşadığı ünvan göstərilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.10, 100.1.3, 125.2.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilir. Azərbaycan Respublikası İXM-nin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 125.2.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona xəta əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Eyni zamanda qeyd etmək zəruridir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat yol hərəkəti haqqında inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə başlanılsa da, onun haqqında olan qərarı icraetməsi üçün polis idarəsinə dəvət edilməsi və s. tədbirlər görülməsi barədə iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Materialda Şəxs qeydiyyatda olduğu ünvan göstərilmiş, onun yaşadığı ünvan müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən sənədlər Şəxs 20 noyabr 2020-ci ildə işğaldan azad edilmiş və hazırda mülki əhalinin yaşamadığı Agdam rayonu, Ağdamkənd sahəsi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 417, 460-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Ağdam rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar