Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-291/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Ağdam Rayon Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, rayonun Baharlı Qəsəbəsində yaşayan, Şəxs barəsində - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tənbehləndirilməsinə dair Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki, Şəxs avtoxuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü ona qarşı irəli inzibati xəta ilə təqsirli bilməyərək göstərdi ki, onun sürücülük vəsiqəsi var və Mersedes Benz G500 markalı, ** SC *** nömrəli avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 16-40 radələrində Quzanlı Qəsəbəsində toy karvanında olmuş, heç bir avtoxuliqanlıq əməlinə yol verməmişdir. Barəsində tərtib edilmiş materiallarla özünü təqsirli bilmir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyir. Ağdam Rayon Polis X3 Polisi Bölməsinin rəisi X1 məhkəmə iclasında izahat verib göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16-40 radələrində Mersedes Benz G500 markalı, ** SC *** nömrəli avtomobillə Quzanlı Qəsəbəsi H.Əliyev prospektində toy karvanındı hərəkətdə olarkən bir sıra avtoxuliqanlıq əməlləri törətmişdir. Onun törətdiyi avtoxuliqanlıq əməlləri diskə çəkilmiş video görüntülərdə vardır. Ona görə də materiallar tərtib edilərək məhkəməyə təqdim edilib. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi aşağıdakı hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur : /mad.511.1/ Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə, /mad.511.1.1/ aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, /511.1.2/ mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə, /511.1.3/ mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə. İşə baxılarkən və video görüntülər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Şəxs İXM-nin 511.1-ci maddəsində qeyd olunan hər hansı bir avtoxuliqanlıq hərəkətlərinə yol verməmişdir. Hər hansı inzibati xətanın Şəxs tərəfindən törədilməməsi işin halları ilə d əvə məhkəmə araşdırması ilə təsdiq olunmadı. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. İXM-nin 53.0.2-cu maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-134, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tənbeh edilməsinə dair Ağdam Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 /on/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-291/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-291/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver