Məhkəmə qərarları › İş №3(013)-292/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-292/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-292/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildə saat 16:45 radələrində sürücülük vəsiqəsi əsasında «İnfiniti FX 35» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində idarə edərkən qəflətən sürətləndirməklə işıqforun qırmızı işığında sağa-sola yolun əks hərəkət istiqamətinə keçmiş, ötmə əməliyyatı aparmış, həmçinin avtomobilin salonunda tüstü buraxan maddədən istifadə etmiş, bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 16:45 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus «İnfiniti FX 35» markalı ** OM *** nömrəli avtomobillə Quzanlı qəsəbəsində toy karvanında olmuş, lakin qırmızı işıqda keçməmiş, avtoxuliqanlıq hərəkətləri etməmişdir. İnzibati xəta törətmədiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon Polis X3 Polisi Bölməsinin rəisi X1 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, Şəxs xx.xx.2024-cü ildə saat 16:45 radələrində sürücülük vəsiqəsi əsasında «İnfiniti FX 35» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində idarə edərkən qəflətən sürətləndirməklə işıqforun qırmızı işığında sağa-sola yolun əks hərəkət istiqamətinə keçmiş, ötmə əməliyyatı aparmış, həmçinin avtomobilin salonunda tüstü buraxan maddədən istifadə etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, şahid qismində dindirilmiş polis əməkdaşının izahatı, iş materiallarına əlavə edilmiş hadisənin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk və digər iş materialları ilə təsdiq olunur. D.R. Abdullayevin təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. D.R. Abdullayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə qeyd edilənləri və törədilmiş inzibati xətanın təzahür formasını nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, on beş gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 02 may 2024-cü il saat 11:45-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar