Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-293/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 2000-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, 30 aprel 2024-cü il tarixdə saat 16:40-da radələrində Ağdam rayon Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində Şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** BZ *** nömrəli avtomobillə toy karvanında avtoxuliqanlıq etmişdir . Məhkəmə iclasında dindirilmiş inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin yol patrul xidməti inspektoru X6 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat 16:40-da radələrində Ağdam rayon Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində Şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** BZ *** nömrəli avtomobillə toy karvanında avtoxuliqanlıq etmiş və yol potrul xidmətinin əməkdşları tərəfindən saxlatdıraraq poliş şöbəsinə gətirildi bildirdi və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etd. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmədiyini, onun heç bir avtoxuliqanlıq etmədiyini bildirdi və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPXB rəisi X2 ifadəsində göstərdi ki, 30 aprel 2024-cü il tarixdə saat 16:40-da radələrində Ağdam rayon Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində Şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** BZ *** nömrəli avtomobillə toy karvanında avtoxuliqanlıq etmiş və yol potrul xidmətinin əməkdşları tərəfindən saxlatdıraraq poliş şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam RPŞ-nin DYPB-nin axtarış üzrə inspektoru X5 ifadəsində şahid Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi X1 ifadəsində göstərilənləri təsdiq etmişlər. `Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan İXP № ******* nömrəli 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 aprel 2024-cü il tarixdə idarə etdiyi “Chevrolet Cruze minik” markalı 02BZ990 dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İXM-nin 511.1.3-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətində məhdudlaşdırılmaqla onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-293/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-293/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver