Məhkəmə qərarları › İş №3(013)-314/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-314/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-314/2025 18.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonunun Kətəlparaq kəndində qeydiyyatda olan, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə saat 20 radələrində özünə məxsus olan «VAZ 21083» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə Ağdam rayonunun Xındırıstan kəndində idarə edərkən yolun sol tərəfinə keçməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuş, həmin vaxt onunla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ 21074» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə 675 (altı yüz yetmiş beş) manat maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini qismən etiraf edərək bildirmişdir ki, onun sürücülük vəsiqəsi olmuş, lakin xəstəliyi ilə əlaqədar ləğv edilmişdir. «VAZ 21083» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2025-ci ildə tut arağı içmişdir. xx.xx.2025-ci ildə saat 20 radələrində özünə məxsus avtomobillə Ağdam rayonunun Xındırıstan kəndində hərəkətdə olarkən qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşmuşdur. Arif onun yoluna çıxmışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini, şəhid ailəsi, müharibə iştirakçısı və ikinci qrup əlil olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 20 radələrində özünə məxsus olan idarə etdiyi «VAZ 21074» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Xındırıstan kəndindən Quzanlı istiqamətinə gələrkən Şəxs sürdüyü maşınla onun yoluna çıxmış və onlar toqquşmuşlar. Nəticədə ona maddi ziyan dəymiş və ödənilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, Ağdam rayon avtoservis direktoru F.Camalov tərəfindən verilmiş rəy və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2025-ci il tarixli 136 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, şəhid ailəsinin üzvü, müharibə veteranı və ikinci qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, səkkiz yüz manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar