Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-319/2024 03.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam şəhəri 20 Yanvar küçəsi döngə 9 ev 8-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 26/186 mənzil 4-də yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20502880 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan R.V.Ağayev məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin E-Patrol avtomobilinə yerləşdirilmiş xüsusi texniki vasitənin məlumatına görə inzibati xəta törətməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən xx.xx.2024-cü il tarixdə saat 10:43-də M 1, E 119, AH 8, Bakı-Quba-Rusiya yolunun 27-ci kilometrliyində mülkiyyətində olan də «Toyota Rav 4» minik markalı 90VJ050 dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 32 km/saat sürət həddində aşmağa görə xx.xx.2024-cü il tarixdə elektron qərar (EQ ********) çıxarılmışdır. Qərara əsasən 50 manat və 2 bal cərimə edilmişəm. Hesablanmış 50 manat və 2 bal cərimə əsassız və qanunsuzdur. Bu vaxtadək də həmin qərar ona göndərilməmişdir. Qərarı müraciət edib xx.xx.2024-cü il tarixdə əldə etmiş və xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər hansı inzibati xəta törətməmiş, yol hərəkəti qaydalarını pozmamış və qanun pozuntusu etməmişdir. Qərəzli olaraq elektron protokol və qərar tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı- Quba-Rusiya yolunun 27-ci kilometrliyində Quba istiqamətində mülkiyyətində olan də «Toyota Rav 4» markalı 90VJ050 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmiş, yolda müəyyən edilmiş sürət hədlərinin tələblərinə riayət etmiş, yol nişanlarının tələblərini gözləmişdir. Sürət həddi 60 və 90 km olan ərazilərdə avtomobili maksimum surət həddindən artıq sürətlə idarə etməmişdir. Bəzi yerlərdə maksimum sürət həddi 90 km-dən dərhal 60 km-ə saata endirilmişdir. Həmin ərazilərdə də maksimum sürət həddini gözləmişdir. Baş X4 İdarəsi tərəfindən təqdim olunmuş foto şəkil və video görüntüdən müəyyən olunur ki, qarşı tərəfdən Bakı şəhəri istiqamətində hərəkət edən E-Patrol markalı DYP avtomobili əsassız və qanunsuz olaraq onun avtomobilini çəkmiş və nəticədə elekton protokol və qərar çıxarılmışdır. Foto və video görüntüdən açıq-aydın görünür ki, yolda müəyən edilmiş maksimum sürət həddini aşmamışdı. Onunla paralel hərəkət edən avtomobillər də maksimum sürət həddini gözləmişdir. Həmin vaxt onun sağ tərəfimdən sürətlə hərəkət edən «Mercedes Benz» markalı sonu XC-044 olan (seriyası fotoşəkildə düşməyib) avtomobil keçmişdir. DYP-yə məxsus E-Patrol avtomobil həmin «Mercedes Benz» markalı avtomobili çəkərkən əsassız və qanunsuz olaraq onun adına da cərimə protokolu tərtib etmişdir. Bundan başqa video görüntüdən tam aydın olur ki, DYP-nin E- Patrol markalı avtomobili orta axının sürətinə nisbətən çox yüksək sürətlə hərəkət etmiş və süni olaraq avtomobillərin sürətinin faktiki olandan yüksək olduğu təəssüratını yaratmışdır. O, ümumiyyətlə inzibati xəta törətməmişdir. Bundan başqa aşağıdakılara görə barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, E-Patrol avtomobilinə quraşdırılmış video görüntüdən çox aydın görünür ki, onun hərəkət etdiyi yolda radara çatmamış yolayrıcı vardır. Elə bu səbəbdən DYP avtomobili video görüntünü yolayrıcına çatmamış sonlandırmışdır. Onun hərəkət istiqamətində yolayrıcının olması maksimum sürət nişanının həmin yerdə qüvvədən düşməsi deməkdir. Belə ki, yolayrıcından sonra «İnformasiya stendi» servis nişanı və ya maksimum sürətin məhdudlaşdırılması nişanı quraşdırılmalı idi. Həmin radara çatmamış onun hərəkət istiqamətində iki yerdə yolayrıcı vardır. Həmin yolayrıcılarından sonra və əvvəl maksimum surətin məhdudlaşdırılması nişanı quraşdırılmamışdır. Qadağan edici nişanların qüvvəsi yollayrıcında öz qüvvəsini itirir. Lazım idi ki, yolayrıcılardan sonra yenidən maksimum surətin məhdudlaşdırılması və ya «İnformasiya stendi» servis nişanı quraşdırılsın. Bundan başqa E-Patrol avtomobili radar quraşdırıla biləcək və yüksək sürəti qeydiyyata ala biləcək ərazidən kənarda hərəkət etmiş və qanunsuz olaraq sürət həddinin aşma cihazını işə salmışdır. Həmin ərazidə qanuni quraşdırılmıış radarların olduğunu nəzərə alsaq E-Patrol avtomobilinin ümumiyyətlə vəzifə səlahiyyətlərindən sui istifadə edərək həmin ərazidə sürət ölçmə cihazını qoşmasını qanunsuz hesab edir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur və sürət həddi məhdudlaşdırılmışdır. Həmin ərazidə nişanların quraşdırılmadığını qeyd etməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20502880 saylı qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan R.V.Ağayevə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrarən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20502880 saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib, əlli manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, R.V.Ağayevin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib, əlli manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20502880 saylı qərarı dəyişdirilməməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, R.V.Ağayev xx.xx.2024-cü ildə saat 10:43-də Bakı-Quba-Rusiya avtomobil yolunun 27-ci km-də «Toyota Rav 4» minik markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 32 km/saat həddində aşmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə məsuliyyət və əlli manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. R.V.Ağayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini sübut etmək üçün məhkəməyə təqdim etdiyi fotoşəkil və videogörüntünü əks etdirən bir ədəd diskdən onun hərəkət surətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024cü il tarixli EQ 20502880 saylı qərarından verdiyi şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib, əlli manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20502880 saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-319/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-319/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver