Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-322/2024 13.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunun Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Bağbanlar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsi ev 560-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş Fərid və xx.xx.2011-ci ildə anadan olmuş Nuray adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1691/2022 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2022ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, işləmədiyindən və imkanı olmadığından qətnamələri icra etmədiyini, çörək pulu kartını tələbkara verməyə və borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən A.T.Zeynalov Şəxs tutulmasını istəmədiyini göstərmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq Şəxs dəfələrlə şöbəyə çağırılmış, lakin sonuncu çağırışa gəlməmişdir. Şəxs barəsində axtarış elan etmişdir. Hazırki vaxta qədər Şəxs 3500 manat aliment borcu qalmışdır. G.A.Əliyevanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadənin, zərər çəkmiş şəxs A.T.Zeynalovun izahatları və digər iş materialları ilə təsdiq olunur. G.A.Əliyevanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, beş yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-322/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-322/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver