Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-329/2025 23.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağcabədi rayonunun Minəxorlu kəndində olan, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 23 aprel 2025-ci ildə saat 04 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində VAZ 21154 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarındakı səkiyə çıxmaqla yol nəqliyyat hadisəsi törədib hadisə yerindən getmiş, hadisə yerinə qayıtdıqdan sonra Ağdam Rayon Polis X2 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxladılaraq ondan sənəd istənildikdə polis əməkdaşları ilə mübahisə edərək sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, taksi fəaliyyəti göstərməklə məşğuldur. VAZ 21154 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. 23 aprel 2025-ci ildə saat 04 radələrində həmin avtomobillə qadın sərnişinləri apardığı vaxt Ağdam rayonunun Quzanlı qəsəbəsində qəflətən yuxulamış və maşın yolun kənarındakı səkiyə çıxmışdır. Avtomobil işləmədiyindən qadın sərnişinləri də götürüb hadisə yerindən gedib onları Ağcabədi rayonuna yola salmış, avtomobili isə hadisə yerində qalmışdır. Bir qədər sonra hadisə yerinə qayıtdıqda orada polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ona təzyiq göstərmiş, o isə işin məhkəməyə göndərilməsini tələb etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 göstəmişdir ki, 23 aprel 2025-ci ildə saat 04 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində VAZ 21154 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarındakı səkiyə çıxaraq əzildiyini görmüşdür. Həmin vaxt sürücü hadisə yerində olmamışdır. Bir neçə dəqiqə sonra Şəxs hadisə yerinə gələrək qəza törətdiyini demişdir. Xəlildən sənəd istədikdə, sonuncu verməyərək polis əməkdaşları ilə mübahisə etmiş və onlara hədə-qorxu gəlmişdir. Sözügedən avtomobili Xəlil sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Onun təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-329/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-329/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver