Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-33/2025 16.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin DYPB-nin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanda qeydiyyatda olan və Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görününr ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi «Mercedes Benz E240 minik» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Ağdam rayonu Xındırıstan kəndindən keçən hissəsində döngəli yolda sağa dönərkən qəflətən “Kia Optima” markalı avtomobilin qarşısına çıxması nəticəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə “Kia Optima” markalı avtomobilin ön tərəfinin toqquşması ilə toqquşma zamanı heç bir xəsarət almamış və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış inzibati material baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X3 izahatında, Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi «Mercedes Benz E240 minik» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Ağdam rayonu Xındırıstan kəndindən keçən hissəsində döngəli yolda sağa dönərkən qəflətən “Kia Optima” markalı avtomobilin qarşısına çıxması nəticəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə “Kia Optima” markalı avtomobilin ön tərəfinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, onu inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında, Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi «Mercedes Benz E240 minik» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Ağdam rayonu Xındırıstan kəndindən keçən hissəsində döngəli yolda sağa dönərkən qəflətən idarə etdiyim “Kia Optima minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər dəymişdir. Odur ki, onu inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlindən səmimi peşman olduğunu qeyd etdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materialarında olan Ağdam RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, № İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Ağdam rayon polis şöbəsinin təhqiqatçısı X2 10 yanvar 2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqında qərarının surətindən görünür ki, 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi «Mercedes Benz E240 minik» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Ağdam rayonu Xındırıstan kəndindən keçən hissəsində döngəli yolda sağa dönərkən qəflətən “Kia Optima” markalı avtomobilin qarşısına çıxması nəticəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə “Kia Optima” markalı avtomobilin ön tərəfinin toqquşmuşdur, nəticədə Zərərçəkmiş şəxs sağlamlığa yüngül dərəcəli bədən xəsarət dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə Azərbaycan Respublikası DİN Ağdam RPŞ-nin DYPB-nin baş inspektoru X3 tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə, zərərçəkmiş şəxsin izahatına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51,61, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-33/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-33/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver