Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-331/2025 24.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Baharlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkumluğu olmayan, Ağdam rayonu Xındırıstan ƏD-nin Baharlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 22 aprel 2025-ci il tarixdə, təxminən saat 23-00 radələrində qardaşı Araz ilə birlikdə Dərə adlanan kafedən qardaşının idarə etdiyi Ford Transit markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evə tərəf hərəkət etməyə başlayan zaman onları YPX əməkdaşları saxlamış və saxlayan zaman orada aralarında sözlü mübahisə yaranmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Əhmədzadə göstərdi ki, 22 aprel 2025-ci il tarixdə, saat təxminən 23 radələrində Ağdam rayonu Eyvazlı kəndi ərazisində xidmət aparan Ağdam RPŞ-nin DYPB-nin əməkdaşları Ford Transit markalı **- KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işığı yanmadığı üçün saxla işarəsi verilərək saxlanılmış, sürücü, sonradan adını bildikləri X1 vaxt nəfəsindən kəskin spirtli içki qoxusu gəldiyi üçün onlar tərəfindən cərimə duracağına aparılacağı bildirilən zaman sərnişin qismində əyləşmiş Şəxs və sürücü X5 şəkildə tabesizlik göstərərək polisin qanuni tələbinə tabe olmamış, dərhal həmin ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını ora dəvət edən zaman sürücü A.Cəfərov oradan qaçmış, daha sonra Post Patrul əməkdaşlarının köməyi ilə onlara tabesizlik göstərən sərnişin Şəxs və sonradan sürücü X6 idarə etdiyi Ford Transit markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə şöbəyə gətirilmişlər. Bu səbəbdən də protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında təqsirini etiraf edərək göstərdi ki, əsəbi olduğundan polislərlə mübahisə etmişdir, baş vermiş hadisədən peşmandır. Hadisə zamanı avtomaşını qardaşı idarə etmişdir. Özü sərxoş və əsəbi olduğundan mübahisə etmişdir. Ona görə də nəzərə alınmasını xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən yol polisinin əməkdaşı Ruhlan Yusifov göstərdi ki, 22 aprel 2025-ci il tarixdə, saat təxminən 23-00 radələrində Ağdam rayonu Eyvazlı kəndi ərazisində Amil İmanovla birlikdə xidmət aparan zaman Ford Transit markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işığı yanmadığı üçün saxla işarəsi verərək saxlanılmış, sürücü sonradan adını bildikləri X1 vaxt nəfəsindən kəskin spirtli içki qoxusu gəldiyi üçün onlar tərəfindən cərimə duracağına aparılacağı bildirilən zaman sərnişin qismində əyləşmiş Şəxs və sürücü X5 şəkildə tabesizlik göstərərək onların tələblərinə tabe olmamış, dərhal həmin ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Bu zaman sürücü A.Cəfərov oradan qaçmış, daha sonra Post Patrul əməkdaşlarının köməyi ilə onlara tabesizlik göstərən sərnişin Şəxs və sonradan isə sürücü X6 idarə etdiyi Ford Transit markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə rayon polis şöbəsinə gətirilmişlər. Şəxs polis əməkdaşlarına qarşı aqressiv davranmış, polis məkdaşlarını təhqir etmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən Amil İmanov da əvvəlki şahidlə eyni məzmunlu ifadə vermişdir. İş üzrə barəsində icraat açılmış Şəxs polisin qanuni tələbinə tabe olmaması tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs davranışlarını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada həbs edilməli və təqsirli bilindiyi maddənin həbs tənbeh tədbiri sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu yolla onun islah olunmasi yetərlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X2 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. 23 aprel 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 /on/ gün müddətində inzibati qaydada həbs edilsin. Tutulma müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən saat 23-50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov.
Məhkəmə qərarları › İş №3(013)-331/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-331/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver