Məhkəmə qərarları › İş №3(013)-333/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-333/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-333/2024 15.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olan, Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 07 yanvar 2024-cü ildə saat 12:50 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Mercedes Benz» markalı ** ES *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Sarıcalı kəndində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yolun sol ehtiyat hissəsindən sağ tərəfində olan küçəyə dönmək üçün hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ 2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan yüngül bədən xəsarəti yetirmiş və sonuncuya maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 07 yanvar 2024-cü ildə saat 12:50 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Mercedes Benz» markalı ** ES *** nömrəli avtomobillə Ağdam rayonunun Sarıcalı kəndində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ 2107» markalı avtomobil onun yoluna çıxmış və onlar toqquşmuşlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 07 yanvar 2024-cü ildə saat 12:50 radələrində idarə etdiyi «VAZ 2107» markalı ** BG *** nömrəli avtomobillə Ağdam rayonunun Sarıcalı kəndində yolu keçərkən Şəxs idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə gələrək onunla toqquşmuşdur. Hadisə nəticəsində yüngül xəsarət almışdır. Hazırda Şəxsla barışdığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2024-cü il tarixli qərarının surəti, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və digər sübutlarla təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və zərər çəkmiş şəxslə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar