Məhkəmə qərarları › İş №3(013)-337/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-337/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-337/2024 20.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 30 mart 2024-cü il tarixdə Ağdam Rayon Ergi Qəsəbəsində mübahisə zəminində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüş, bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Şəxs məhkəmə iclasında özünün təqsirsiz olmasını bildirdi. Göstərdi ki, Nurlan Şirinov onun dayısı oğludur və qonşuluqda yaşayırlar. Nurlan 2 aydır ki, Çinarə ilə ailə həyatı qurmuşdur. 30 mart 2024-cü il tarixdə saat 16-00 radələrində rayonun Ergi Qəsəbəsində yaşadığı evdə olarkən dayısı oğlu Nurlanın yaşadığı evdən səs-küy eşidərək anası Reyhan ilə birlikdə onlara gəlmişlər və görmüşlər ki, nurlanın qaynanası Xalisə oğlu Allahverdi ilə onlara gəlib yeni gəlin gəlmiş qızı Çinarəni evlərinə aparmaq istəyirlər, Nurlan və ailə üzvləri isə onlara etiraz edirlər, bu səbəbdən də aralarında mübahisə yaranıb. Vəziyyəti belə görüb anası Reyhan ilə birlikdə Allahverdi və Xalisəni sakitləşdirmək üçün onları evdən çölə çıxarmışlar. Mübahisə zamanı heç kəsi döyməmiş, zərərçəkmişlərin həmin izahatları qərəzli olaraq verilmişdir. Hesab edir ki, təqsirsizdir, tərtib edilmiş protokol qanunsuzdur, baş verənlər şişirdilib. Ona görə də obyektiv qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 göstərdi ki, qızı Çinarə Nurlan ilə 2 ay olar ki, ailə qurublar, Çinarə Nurlanın valideynləri ilə birlikdə yaşayırlar. Çinarə gəlin köçəndən Nurlan və ailəsi ilə yola getməmişlər, evdə Çinarəni incitmişlər, onu söyüb təhqir etmişlər. Çinarə atası evinə qayıtmaq istəmişdir. Bir neçə dəfə Çinarəni gedib evlərinə gətirmişlər, lakin qudaları gəlib Çinarəni aparmışlar. 30 mart 2024-cü il tarixdə saat təxminən 16-00 radələrində Ergi Qəsəbəsində qudalarının evinə gedib Çinarəni qaynanası Nazyetərdən icazə alaraq aparmaq istəmiş, lakin Nazyetər və Nurlan buna icazə verməmiş, etiraz etmişlər. Bu səbəbdən də aralarında mübahisə baş vermiş, kürəkəni Nurlan onu nalayiq ifadələrlə təhqir etmiş və sinəsindən vurub yerə yıxmış, ayağa qalxmaq isəyərkən Nurlanın bibisi oğlu Sərvər də onu vurmuşdur. Ona görə də şikayətçidir, Şəxs ağır cəza təyin edilməsini istəyir. Zərərçəkmiş şəxs2 göstərdi ki, bacısı Çinarə Nurlan ilə 2 ay olar ki, ailə qurublar. Çinarə gəlin köçəndən Nurlan və ailə üzvləri onu incitmişlər, onu söymüşlər. Bu səbəbdən də Çinarə evlərinə qayıtmaq istəmişdir. 30 mart 2024-cü il tarixdə anası Xalisəni öz maşını ilə Çinarəgilə aparmışdır ki, Çinarəni ata evlərinə gətirsinlər. Bu vaxt özü maşında oturmuş, anası isə evə Çinarəni gətirmək üçün getmişdir. Bir az sonra səs-küy eşidib o, da evə getmiş, bu zaman kürəkəni Nurlanın anası Xalisənin sinəsindən vuraraq yerə yıxdığını, nalayiq ifadələrlə təhqir etdiyini görmüş, onun üzərinə getmək istədikdə Nazyetər, Sərvər və Reyhan adlı şəxslər onların üzərinə hücum etmişlər. Sərvər də yumruqla onun boyun və burun nahiyyəsindən vurmuş, digərləri isə üz-gözünü çızmışlar. Hazırda şikayətçidir. Şahid qismində ifadə verən Nurlan Şirinov göstərdi ki, Sərvər bibisi oğludur, qonşuluqda yaşayırlar. Çinarə ilə 2 aydır ki, ailə qurublar, mehriban yaşamışlar. Çinarənin valideynləri gəlib tez-tez Çinarəni öz evlərinə aparmışlar, b səbəbdən də aralarında narazılıqlar yaranıb. 30 mart 2024-cü il tarixdə saat 16-00 radələrində rayonun Ergi Qəsəbəsində yaşadığı evdə olarkən qaynanası Xalisə gəlib qızı Çinarəni aparmaq istədikdə aralarında səs-küy yaranıb, bu vaxt Sərvər də anası Reyhanla onlara gəlmişlər. Həmin vaxt Çinarənin qardaşı Allahverdi də gəlmiş, anası Nazyetər ilə mübahisə etmişlər. Sərvər və anası da Çinarənin aparılmasına etiraz etdikləri üçün hamılıqla mübahisə etmişlər. 5-10 dəqiqə aralarında mübahisə olmuş, Sərvər və anası onları sakitləşdirmişlər və evdən çıxarmışlar. Həmin mübahisə zəminində Sərvər heç kimi vurmayıb. X2 göstərdi ki, 2 aydır ki, Nurlanla ailə həyatı qurmuş, rəsmi nikahları vardır. Gəlin köçdüyü vaxtdan Nurlan hər gün onu və atasını söyür. Buna görə də valideynlərinə bildirib ki, gəlib onu aparsınlar. 30 mart 2024-cü il tarixdə saat 16-00 radələrində rayonun Ergi Qəsəbəsində yaşadığı qaynatası evində olarkən anası Xalisə onlara gəlmiş, onu aparmaq istəmişdir. Bu zaman anası Xalisə ilə qaynanası Nazyetər arasında mübahisə yaranmış, həmin mübahisə vaxtı Nurlan və Nurlanın dayısı oğlu Sərvər anası Xalisəni və qardaşı Allahverdini döymüşlər. X3 göstərdi ki, qızı Çinarə 2 aydır ki, Nurlan ilə ailə qurmuş, gəlin köçmüşdür. Qızı Çinarə gəlin köçdüyü vaxtdan əri Nurlan və valideynləri tərəfindən incidilib, Çinarə bu səbəbdən də çıxıb atası evinə gəlib. Ailələr aralarında bu səbəbdən də narazılıqlar yaranmışdır. 30 mart 2024-cü il tarixdə həyat yoldaşı Xalisə oğlu Allahverdi ilə Ergi Qəsəbəsinə gedərək Çinarəni gətirmək istəmiş, orada kürəkəni Nurlan, dayısı oğlu Sərvər və digər qohumları onları söyüb-döymüşlər. X4 göstərdi ki, Nurlan onun oğlu, Çinarə isə gəlinidir. Nurlanla Çinarə 2 ay olar ki, ailə qurmuşlar. Özü və arvadı Nazyetər də Nurlan və Çinarə ilə birlikdə bir evdə mehriban yaşayırlar. X10 aralarında hər hansı söz-söhbət olmasından xəbəri olmayıb. X8 qarşı hər hansı hörmətsiz hərəkətləri barədə heç vaxt ona heç nə deməyib. Bir iki dəfə olub ki, valideynləri gəlib Çinarəni səbəbsiz olaraq öz evlərinə aparmışlar. Sonra özləri gedib Çinarəni gətirmişlər. Həmin hadisədən 1-2 gün qabaq da Çinarəni Ağcabədi rayonuna gəzmək üçün aparmış, orada Çinarəyə pal-paltarlar da almışdır. Nurlandan başqa onun oğlu yoxdur, oğlu Nurlanın ailəsinin dağılmasına da etiraz etdir. Çinarənin valideynləri gənc ailənin mehriban yaşamasına imkan vermirlər. 30 mart 2024-cü il tarixdə günorta nahar etdikdən sonra evdən çıxmış, sonra ona evdən zəng edərək Xalisənin gəlib qızı Çinarəni aparmaq istədiyini və aralarında mübahisə olmasını bildirmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlərin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası keçirilmiş, ekspertiza tərəfindən müəyyən edilmişdir ki, onun bədəni üzərində xəsarətlər sol gözaltı nahiyənin qançırıdır, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarətlərin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası keçirilmiş, ekspertiza tərəfindən müəyyən edilmişdir ki, onun bədəni üzərində boyunun sağ yan səthinin qançırı və burun qanadı üzərinin sıyrığıdır, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilməsi mümkün deyildir. Məhkəmə Şəxs özünü təqsirsiz bilməsinə dair ifadələrinə də tənqidi yanaşır. Məhkəmə iş materiallarını öyrənib, mübahisə tərəflərini dinləyib hesab etdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işin bütövlükdə halları ilə təsdiq olunur. Polis təhqiqatçısı tərəfindən də tərəflər aralarında baş vermiş hazırkı münaqişə araşdırılmış, 29 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla məsələnin inzibati qaydada həll edilməsi qərarlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. İşin halları ilə müəyyən edilir ki, baş vermiş hadisənin səbəbi zərərçəkmiş ailənin yeni gəlin köçmüş qızları Çinarəni gəlib aparmaq istəmələri olmuş, ailə üzvləri və Nurlan həyat yoldaşı Çinarənin aparılmasına etiraz etmişlər. Həmçinin Şəxs ilk dəfədir inzibati məsuliyyətə cəlb edilir, gəncdir, ümumən müsbət xarakterizə olunur. Məhkəmə işin halını, inzibati xəta törətmiş Şəxs şəxsiyyətinin səciyyələndirməsinə imkan verən ilkin məlumatları nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada cərimə edilməli və bu tədbir onun islah olunması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Abdullayev Sərvər Valeh oğlu - Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar