Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-34/2025 16.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Vəkil iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Azərbaycan Respublikası Yevlax rayonu Ərəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Körpü-Bina Tikinti şirkətində sürücü işləyən, hazırda Yevlax rayonu Ərəş kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 16 yanvar 2025-ci il tarixdə saat 10-00 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Ayxan İmanov göstərdi ki, 16 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərzaisində Körpu Bina Tikinti Şirkətində sürücü işləyən Şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün şöbəyə gətiriləcəyi barədə məlumat almışdır. Şəxs şöbəyə gətirilmiş, araşdırma zamanı yenə də qanunsuz əməllərini davam etdirmiş, izahat və ifadə verməmiş, sənədlərə qol çəkmədən imtan etmişdir. Bu səbəbdən də protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında təqsirini etiraf etmədi, maşın idarə etmədiyini bildirdi, onu 3 nəfər polis əməkdaşının saxladığını bildirdi, polis əməkdaşlarının ona qarşı yalan ifadə verdiklərini bildirdi. Əlavə olaraq qeyd etdi ki, hadisə zamanı orada sair şəxslər də olmuş, polis onu hansısa avtomaşını ötməsini bildirib şöbəyə dəvət etmiş, heç bir mübahisə olmadan polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Hazırda polis əməkdaşlarının göstərdikləri tam yalandır. Həmin vaxtı şəxsiyyət vəsiqəsi üzərində olmamış, ancaq işğaldan azad edilmiş ərazilərə getmək üçün portal icazəsi olmuşdur. Ona görə də özünü təqsirli bilmir. Şahid qismində məhkəmə iclasında izahat verən X2 göstərdi ki, işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində post patrul xidməti göstərir, polis nəfəridir. Kəngərli kəndində sonradan adını bildiyi Şəxsnun QAZ 31 markalı şəxsi avtomaşınını yüksək sürətlə idarə etməsini görüb onu saxlamışlar. Şəxs avtomaşından düşərək polis əməkdaşlarına qarşı hörmətsizlik etmiş, onların ünvanına nalayiq ifadələr işlətmiş, sənədlərini təqdim etməmişdir. Şəxs polis əməkdaşlarına onu niyə saxlamalarını, polisin onu saxlamaq ixtiyarlarının olmamasını bildirmiş, öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Bu barədə komandir heyətinə məlumat vermişlər, oraya gəlmiş polis əməkdaşların köməyi ilə Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən X5 göstərdi ki, işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində post patrul xidməti aparır. Kəngərli kəndində iş yoldaşı R.Rüstəmov ilə xidmətdə olarkən sonradan adını bildiyi Şəxsnun QAZ 31 markalı şəxsi avtomaşınını yüksək sürətlə idarə etməsini görüb onu saxlamışlar. Şəxs avtomaşından düşərək polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, sənədlərini təqdim etməmiş, onu saxlamalarının səbəbini soruşmuş, "gedin işinizlə məşğu olun" kimi sözlər işlətmiş, polisə tabe olmamışdır. Bundan sonra komandirləri Nadir Abbasova məlumat vermişlər. Nadir Abbasov gəldikdən sonra 10 dəqiqə yenə də Şəxs mübahisələrini davam etdirmiş, sonradan onu polis əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmişlər. Şahid qismində məhkəmə iclasında izahat verən X6 göstərdi ki, Ağdam Rayonu ərazisində post patrul xidməti aparan əməkdaşlar ona məlumat vermişlər ki, QAZ 31 markalı şəxsi avtomaşınının sürücüsü polis əməkdaşlarına tabe olmur, nalayiq ifadələr işlədir, sənədlərini təqdim etmir. Dərhal xidməti avtomaşınla hadisə yerinə gəlmiş, Şəxs intizama dəvət etmiş, Şəxs tabesizlik göstərmiş, mübahisələrini davam etdirmiş, sonradan onu polis əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmişlər. Şahid qismində məhkəmə iclasında izahat verən X3 da göstərdi ki, sürücü işlədiyi komandir Nadir Abbasov ilə Ağdam Şəhərində olarkən məlumat əsasında hadisə yerinə gəlmişlər. Şəxs polislərə tabesizlik göstərmiş, "siz kimsiniz ki, məni saxlamısınız" deyə mübahisələrini davam etdirmişdir. Təxminən 10 dəqiqə mübahisələrindən sonra Şəxs polis əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmişlər. İş üzrə barəsində icraat açılmış P.Nərimanı polislərin hamısının yalan danışmasını bildirərək əməlini etiraf etməsə də göründüyü kimi toplanmış materiallarla, şahidlərin ifadələri ilə onun polisin qanuni tələbinə tabe olmaması tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs davranışlarını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada həbs edilməli və təqsirli bilindiyi maddənin həbs tənbeh tədbiri sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu yolla onun islah olunmasi yetərlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. 16 yanvar 2025-ci il tarixli Raportdan görünür ki, Şəxs həmin tarixdə saat 10-00 radələrində saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 /on/ gün müddətində inzibati qaydada həbs edilsin. Tutulma müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 10-00-da hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-34/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-34/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver