Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-340/2024 23.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X4 İdarəsinin 12 may 2024-cü il tarixli EQ 21096549 nömrəli inzibati xəta haqqında protokolun və ona dair qərarın ləğv edilməsi barədə X1 şikayəti üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X4 İdarəsinin 12 may 2024-cü il tarixli EQ 21096549 nömrəli elektron protokolun və ona dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə X1 qeyd olunan şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyində ümumiyyətlə protokolun ləğvi anlayışı nəzərdə tutulmamışdır. İnzibati protokol yalnız inzibati xəta hadisəsinin mövcudluğuna dair faktları əks etdirir və qərar kimi inzibati məsuliyyət yaratmır. İnzibati xəta haqqında protokol qərar qəbul edilməsi üçün əsaslar yaratsa da bu sənədin özü qərar deyil və hüquqi və fiziki şəxslər üçün məhrumiyyətlər yarada bilmir. X2 tərəfindən protokolun surəti, protokol əsasında çıxarılmış qeyd olunan qərarının sürəti şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1 məhkəməyə baxılması üçün göndərmiş olduğu inzibati qərardan şikayətlə bağlı materialda natamamlıq olduğundan, yəni protokolun surəti, protokol əsasında çıxarılmış qərarın surəti əlavə edilməmiş və digər şikayətə əlavə edilməli sənədlər əlavə edilmədiyindən, həmçinin şikayət vermə müddəti ötürüldüyündən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X1 12 may 2024-cü il tarixli EQ 21096549 nömrəli elektron protokolun və ona dair qərarının ləğv edilməsi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-340/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-340/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver