Məhkəmə qərarları › İş №3(013)-349/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-349/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-349/2024 06.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərardan verdiyi şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X11 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərardan məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən X11 izahatında göstərdi ki, onun xəbəri olmadan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə) ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyini və 500 manat miqdarında cərimə olunduğunu, lakin, sözü gedən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə 11.000 manata Lerik rayonu, Balaband İƏD üzrə nümayəndəliyinin Barzavu kəndində qeydiyyatda olan X1, özünün isə Ağdam rayonu, Paşabəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşadığını, həmin torpaq sahəsini satdıqdan sonra onun göstərilən torpaq sahəsinə aidiyyəti olmadığını, onun həmin torpaq sahəsində heç bir iş görmədiyini və torpağın təyinatını dəyişmədiyi, onun barəsində tərtib ediləön inzibati xəta haqqında protokoldan və qərardan xəbəri olmadığını bildirdi və göstərilənləri əsas gətirib məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayonunun inzibati ərazisinə daxil olan, Hövsan südçülük sovxozu ərazisində yerləşən, vətəndaş N.Q.Əsədovun icarəsində olan 0.025 ha kənd təsərrüfatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmiş, bununlada Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 rayonunun inzibati ərazisinə daxil olan, Hövsan südçülük sovxozu ərazisində yerləşən, vətəndaş N.Q.Əsədovun icarəsində olan 0.025 ha kənd təsərrüfatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmiş, bununlada Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 500 (beş yüz) manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı № ******* Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə, xx.xx.2010-cu il tarixli, 1163 nömrəli icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli 3M/176 npmrəli icarə müqaviləsi ilə, X6 xeyirinə hüquq yüklü edilmişdir. Yüklü edilən əmlakın reyestr nömrəsi **********26, qetdiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü ildir. Bu barədə daşınmaz əmlak üzərindəki hüqua daşınmaz əmlakın Dövlət reyestrində 669 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 Elgün Adil oğluna Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsinə dair butun əqdlərin bağlanmasını, o cümlədən satmaq, bağışlamaq dəyişmək və sair əqdlərin bağlanmasını etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alqısatqı müqaviləsinin surətindən görünür ki, X5 Nicat Qabil oğlunun adından X4 Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi 5000 (beş min) manata satılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinin vəzifəli şəxsləri İXM-nin 247.2-ci maddəsi (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə) ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə X6 aidiyyəti olubolmamasını araşdırmamış və həmin torpaq sahəsini faktiki olaraq kimlər tərəfindən istifadə etməsi müəyyən edilməmişdir. X6 izahatından və iş materiallarından götünür ki, N.Əsədov sözü gedən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsinə olan hüquqlarını xx.xx.2023-cü il tarixdə 11.000 manata sataraq həmin torpaq sahəsinə dair Lerik rayonu, Balaband İƏD üzrə nümayəndəliyinin Barzavu kəndində qeydiyyatda olan X8 dair etibarnamə vermişdir və həmin tarixdən qeyd olunan torpaq sahəsindən istifadə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda şikayət qismən təmin edilməklə X6 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128-130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. X6 barəsində yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi Şöbəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar