Məhkəmə qərarları › İş №3(013)-35/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-35/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-35/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oglunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1975-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Ağdam şəhəri, 81 nömrəli məhəllədə qeydiyyatda olan və Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Ağdam rayon X3 baş həkim vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 14 fevral 2025-ci il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi Ağdam rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında materialda göstərilmişdir ki, Ağdam rayon X3 baş həkim vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə gəlməməsi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun barəsində eyni inzibati xətaya görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş 1500 manat inzibati tənbeh edilmişdir və ona görə hazırki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati icraat aprılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Ağdam rayon X4 baş həkimi Şəxs “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın sürətindən görünür ki, Ağdam rayon X4 baş həkimi Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərədilməsində təqsirli bilinib 1500 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra olunması üçün Ağdam İcra və Probasiya Şöbəsinə göndərilmişdir və həmin qərar İcra Şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağdam rayon X4 baş həkimi Şəxs barəsində fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu üçün Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağdam rayon X4 baş həkimi Şəxs barəsində fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu üçün Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar