Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-358/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati təmbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati təmbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3(001)-2983/2025 nömrəli xx.xx.2024-cü il tarixli qəraddadı ilə qeyd olunan şikayət üzrə material baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati təmbeh vermə haqqında qərarla onun barəsində 1700 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, Cəmiyyətin keçmiş işçisi X9 işdən çıxarkən işəgötürən tərəfindən son-haqq hesab düzgün müəyyən edilməmiş və Cəmiyyətin digər keçmiş işçisi X2 əmək müqaviləsinin müddəti bitmədən müqaviləsinə xitam verilmişdir. Sözügedən qərar qəbul edilərkən tam şəkildə araşdırılmamış, sadəcə şikayətçi şəxslərin fikirləri üzərindən yanlış nəticəyə gələrək qəbul edilmişdir. "xxxx" MMC ilə X3 arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. O, Cəmiyyətin Kadrlarla iş, hüquq və sənəd dövriyyəsi şöbəsində Böyük məsləhətçi olaraq işə başlamışdır. Bu müqavilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 3 aylıq müddətə bağlanmışdır. Bundan sonra, onun işlədiyi şöbənin adı Kadrlarla iş şöbəsi olaraq dəyişmiş və Cəmiyyətin müvafiq əmrinə əsasən, sözügedən müqaviləyə edilmiş xx.xx.2024-cü il tarixli dəyişiklik ilə Kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Sözügedən müqavilə xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixinədək uzadılmış, daha sonra, xx.xx.2024-cü il tarixədək bir daha uzadılmışdır. Bundan sonra, işəgötürən işçini xx.xx.2024-cü il tarixli bildirişlə xəbərdar etmişdir ki, xx.xx.2024-cü il tarixində bitən əmək müqaviləsinin müddəti uzadılmayacaq və həmin gün əmək müqaviləsinə xitam veriləcəkdir. Bundan sonra, işçi xx.xx.2024-cü il tarixində səhhətində yaranmış problemləri əsas gətirərək işə çıxmamışdır. O, xx.xx.2024-cü il tarixdə əmək qabiliyyətinin müəyyən müddətdə itirilməsi haqqında müvafiq arayış təqdim etdikdən sonra onun müqaviləsinə xitam verilmişdir. Bundan sonra, o, müvafiq orqanlara şikayət edərək əmək müqaviləsinin 6 ay müddətinə bağlandığını bildirmiş və əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyini göstərmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş müqavilələr, bildirişlər və sair sənədlərdən göründüyü kimi müqavilə 3 ay müddətinə bağlanmış və sonralar avtomatik olaraq 2 dəfə eyni müddətdə uzadılmışdır. Qərar çıxarılmamışdan öncə müvafiq sənədlər Müfəttişliyə təqdim edilmiş və bununla bağlı Müfəttişliyə ətraflı məlumat verilmişdir. Lakin qərar çıxarılarkən qeyd edilənlər nəzərə alınmamışdır. Bundan başqa, X1 haqq-hesabının düzgün aparılmamasına dair hissəsi barədə də gəldiyi nəticə əsassızdır. Cəmiyyət ilə X9 arasında 3 ay müddətinə xx.xx.2024-cü il tarixli Əmək müqaviləsi bağlanmışdır. Daha sonra, xx.xx.2024-cü il tarixində bu müqavilə 3 ay müddətinə uzadılmışdır. Sonda, işəgötürən xx.xx.2024-cü il tarixində işçini rəsmi qaydada xəbərdar etməklə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. X1-haqq hesabına dair zəruri sənədlər Müfəttişliyə təqdim edilmiş və ödənişlərin hansı qaydada müəyyən edildiyi əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil qeyd olunan şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X7 həmin hüquqi şəxsin işçiləri X6 işdən çıxararkən işəgötürən tərəfindən son-haqq hesab düzgün müəyyən edilmədiyinə və X2 əmək müqaviləsinin müddəti bitmədən xitam verildiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati inzibati xətanı törətdiyinə görə barəsində İXM-nin 192.6-cı maddəsi ilə 1700 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzunuyyət haqqının, ezamiyyət xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməsinə və ya tam ödənilməsinə görə vəzifəli şəxslər – yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər – min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-358/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-358/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver