Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-360/2025 23.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1980-cı ildə Ağdam rayonu Üçoğlan kəndində anadan olmuş, Ağdam rayonu Alıbəyli kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, materiallar məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs yol hərəkəti əleyhinə olan inzibati xəta törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvanıa göndərilmiş, Ağdam Rayon Poçt Şöbəsi tərəfindən məhkəmə bildirişinin ünvana çatdırılmaması barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb toplanmış materialları qiymətləndirib, işin hazırki halını, Şəxs cəriməni ödəməsini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, işdə olan Asan ödəniş sisteminin xx.xx.2025-ci il tarixli rəsmi internet saytından görünür ki, Şəxs EQ 25220162 saylı inzibati protokol üzrə borcunu tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə görə haqqı, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material üzrə işə xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 106-119-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşad Bayramov
Məhkəmə qərarları › İş №3(013)-360/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-360/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver