Məhkəmə qərarları › İş №3(013)-366/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-366/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-366/2024 04.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş Ağdam rayonunun Qarazeynallı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında protokol tərtib edilərkən sənədlərin surəti ona rəsmi qaydada verilməmiş, protokolda onun faktiki yaşadığı ünvan göstərilməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.10, 100.1.3, 125.2.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 125.2.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Eyni zamanda qeyd etmək zəruridir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat yol hərəkəti haqqında inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə başlanılsa da, onun haqqında olan qərarı icra etməsi üçün polis idarəsinə dəvət edilməsi və s. tədbirlər görülməsi barədə iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Materialda Şəxs qeydiyyatda olduğu ünvan göstərilmiş, onun yaşadığı ünvan müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən sənədlər Şəxs 20 noyabr 2020-ci ildə işğaldan azad edilmiş və hazırda onun yaşamadığı Ağdam rayonunun Qarazeynallı kəndinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar