Məhkəmə qərarları › İş №3(013)-367/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-367/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-367/2023 19.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, xx.xx.1962-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu Neapol 43 TPL № 2 M/Q Şıxlinski 29 Urol sanatoriyasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə qırx manat cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli EQ 13867832 saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-34, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev Bİ №- 3(013)-367/2023 VZORZVZ BÜKFCSYSY GHJNJRJKE FMLFV HFQJY VZORZVZCB Ağdam rayonu Quzanlı qəsəbəsi 19 oktyabr 2023-cü il X2 jmkeyey czlhkbqb Əliyev Anar İsmayıl jmkeyey rfnbökbqb bkz Şəxs barəsində Fpzhöfqüfy Htcgeökbrfcsnın BĞV-yby 529.3-üə vfllzcb bkz bypböfnb xəta haqqında vfnthbfkf fxsu vzorzvz bükfcsylf öfğsksh. İclas saat 11:20-də başlandı. Vzorzvz bükfcsyf cəlhkbr tlzy vzorzvz bükfcsys fxls, öfğskfcs bib tkfy tnlb dz vzhepz tnvzr əxəy vzorzvz bükfc rfnböbyz cçp dthlb. Vzorzvz bükfc rfnböb vzhepz tlzhzr öbklbhlb rb, bypböfnb ğznf nçhznvbi izğc Şəxs vzorzvz bükfcsysy dfğns dz qthb öfhzlz kfpbvb ufqlflf ğzözhlfh tlbkvzcbyz öfğvfqfhfu, j, vzorzvz bükfcsyf ızkvzvbi dz ızkvzvzcbyby czözökzhb öfhzlz vzorzvzqz otx öbh vzkevfn dthvzvbilbh. Czlhkbr tlzy qthbylz qısa müşavirə edib q z h f h f f k s h: Vzorzvz bükfcs bypböfnb ğznf nçhznvbi izğc Şəxsyey binbhfrs jkvflfy rtxbhbkcby. Czlhkbr tlzy bilz jkfy czyzlkzhb tkfy tnlb. Czlhkbr tlzy vəifdbhz jnfmsyf ıtnlb. Czlhkbr tdən müşavirə otağından qayıdaraq qzhfhs tkfy tdib vzorzvz bükfcsys öfmks tkfy tnlb. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-05-97 Faks: (026) 32—5-05-97 «19» oktyabr 2023-cü il № 3(013)-367/2023 Ağdam Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Pərviz İsmayılova Hörmətli Pərviz müəllim, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-367/2023 saylı qərarının surəti Sizə göndərilir. Qoşma: 01 vərəqə Hörmətlə, Hakim Mahir Niftəliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-05-97 Faks: (026) 32—5-05-97 «19» oktyabr 2023-cü il № 3(013)-367/2023 Bakı şəhəri Xətai rayonu Neapol 43 TPL № 2 M/Q Şıxlinski 29 Urol sanatoriyası vət. Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-367/2023 saylı qərarının surəti Sizə göndərilir. Qoşma: 01 vərəqə Hakim Mahir Niftəliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ AZ 0200, Ağdam Rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-05-97, Faks: (026) 32-5-05-97 «30» oktyabr 2023-cü il № 3(013)-367/2023 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağcabədi X1 və Texniki baxış Şöbəsinin rəisi cənab Fərid Mayılova Hörmətli Fərid müəllim, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-367/2023 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma “01” vərəqə Hörmətlə, Hakim Mahir Niftəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar