Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-371/2025 27.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Ağcabədi rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görününr ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi «Vaz 2107» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21154» minik markalı **-BS-*** minik markalı avtomobillə toqquşmuş və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış inzibati material baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X2 izahatında, 20 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21154» minik markalı **-BS-*** minik markalı avtomobillə Ağcabədi rayonu, Hindarx qəsəbəsi istiqamətindən Bərdə rayonu istiqamətində hərəkətdə olarkən, Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində geriyə döngə edən zaman qarşısından gələn Şəxs idarə etdiyi «Vaz 2107» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, onu inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, işin polis tərəfindən qeyri-obyektiv aparıldığını, protokolda yazılanların hamısının polisin uydurması olduğnu bildirdi və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materialarında olan Ağdam RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, № İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Ağdam rayon polis şöbəsinin təhqiqatçısı polis kapitanı X3 30 aprel 2025-ci il tarixli «Cinayət təqibinin başlanmasının rədd edilməsi haqında» qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21154» minik markalı **-BS-*** minik markalı avtomobillə Ağcabədi rayonu, Hindarx qəsəbəsi istiqamətindən Bərdə rayonu istiqamətində hərəkətdə olarkən, Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində geriyə döngə edən zaman qarşısından gələn Şəxs idarə etdiyi «Vaz 2107» minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarət dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə Ağdam RPŞ-nin DYPB-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51,61, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-371/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-371/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver