Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-373/2024 06.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkən şəxs X2 iştirakı ilə, xx xxxx 1958-ci ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu Şotlanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 06 iyun 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis baş leytenantı X4 inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döymüşdür. Hadisə ilə bağlı Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döymüşdür. Hazırda Şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döymüşdür. Əməlindən peşmandır, hazırda X6 ilə barışmışdır və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığına görə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı X5 tərəfindən qəbul olunmuş 06 may 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döyərək ona xəsarət yetirməsi xüsusatı üzrə barəsində cinayət işinin başlanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdam RPŞ İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbə ərazisində X3 aralarında yaranmış mübahisə zamanı döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cü maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-373/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-373/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver