Məhkəmə qərarları › İş №3(013)-373/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-373/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-373/2025 29.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1961-ci ildə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Xaçındərbənd kəndində qeydiyyatda olan, Ağdam rayonu Birinci Baharlı qəsəbəsi ev 145-də yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17982763 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan B.X.İsgəndərova məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, şəhid ailəsidir. xx.xx.2023-cü ildə saat 10:44-də Bərdə şəhəri S.Vurğun küçəsi 24GPS;40.3191, 47.1284 ərazidə olan yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağı barədə qanunsuz və əsassız olaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə inzibati tənbeh vermə haqqında həmin tarixli elektron qərar qəbul olunmuşdur. Onun mülkiyyətində HYUNDAİ SANTA FE minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. Onun mülkiyyətində olmasına baxmayaraq, həmin avtomobili həmişə oğlu idarə etmişdir. Heç vaxt sürücülük vəsiqəsi olmamış, avtomobil idarə etməmişdir. xx.xx.2023-cü ildə ona məxsus avtomobili oğlu idarə etmişdir. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17982763 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs B.X.İsgəndərovaya işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs B.X.İsgəndərovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17982763 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, B.X.İsgəndərova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib, üç yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, B.X.İsgəndərovanın şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17982763 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə məsuliyyət və on manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət və dörd yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarında olan Ağdam Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, HYUNDAİ SANTA FE minik markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə X2 adınadır və başqa şəxslərə etibarnamə verilməmişdir. X1 hüququ olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023cü il tarixli EQ/17982763 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17982763 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar