Məhkəmə qərarları › İş №3(013)-379/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-379/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-379/2023 09.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Muradbəyli sahəsində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı qəsəbəsi ev 618-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 06 oktyabr 2023-cü ildə saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və həmin vaxt onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, 06 oktyabr 2023-cü ildə axşam vaxtı pivə və spirtli içki «Go» qəbul etmişdir. Saat 23 radələrində Quzanlı qəsəbəsində olmuş, lakin nalayiq ifadə işlətməmiş, polis əməkdaşlarını söyməmiş və təhqir etməmişdir. Ağdam Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri X3 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 06 oktyabr 2023-cü ildə saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində polis nəfəri Vüsal Vəliyevlə birlikdə xidmətdə olarkən Şəxs sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və sonuncunu intizama dəvət etmişlər. Rəhim sərxoş olduğundan onların tələbinə tabe olmayaraq nalayiq ifadələrini davam etmişdir. Ağdam Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib X1 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünü müdafiə etmək məqsədi daşıyır. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2023-cü il tarixli 615 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 23:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü ildə saat 10:00-da azad edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on beş gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2023-cü il saat 23:00-dan xx.xx.2023-cü il saat 10:00-a qədər həbsdə saxlanıldığı bir gün müddət ona təyin edilmiş on beş gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində on dörd gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 09 oktyabr 2023-cü il saat 15:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar